“İnsan Resurslarının idarəetmə sisteminin təkmilləşdirilməsi layihəsi” çərçivəsində AZRE MMC-də yeni işçilərin işə qəbul prosesində və qəbul edilmiş işçilərin təlimləndirilməsi sahəsində mövcud olan boşluqların aradan qaldırılması və şirkətin əməkdaşlarından doğru və faydalı şəkildə səmərə əldə olunması məqsədilə şirkət daxili mövcud İnsan resurslarının idarəetmə sistmeninin təkmilləşdirilməsi, əməkdaşların motivasiyasının və bilik bacarıqlarının artırılması, təlim proqramlarının hazırlanması, əməkdaşların performanslarının artırılması və əldə olunmuş nəticələrin monitorinqinin aparılması istiqamətində işlərin həyata keçirildi. Layihə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət proqramı tərəfindən qismən maliyyələşdirildi.