İnsan Resursları və Kadr Uçotunun Qurulması haqqında
İnsan Resursları və Kadr Uçotunun Qurulması
Hörmətli izləyicilər, Baku Business Consulting İnsan Resursları Departametnti adındansizə İnsan Resursları və kadr uçotunun qurulması haqqındaməlumatlandırıcı məqalələrə başlayırıq.
İnsan Resursları sisteminin qurulması şirkətin maştabından asılıdır. Bəzi şirkətlər bir və ya iki nəfər işçidən ibarətdir. Burada işçi mühasib, satış təmsilçisi və s. ola bilər.Bu halda hr sisteminin qurulması əhəmiyyətsizdir. Lakin kadr uçotunun qurulması hər bir halda mütləqdir. Kadr uçotunun aparılması üçün həmin sahə üzrə işçi işə cəlb olunmalıdır.
Kadr uçotunun düzgün qurulması nədən başlayır? İlkin olaraq işçilərin sayı, əmək haqları və vəzifələri qeyd olunan ştat cədvəli tərtib edilməlidir. Daha sonra işəgötürən və işçi arasınada imzaları ilə təsdiq olunan əmək müqaviləsi bağlanmalıdır. Əmək müqaviləsi əsasında işəgötürən tərəfindən əmr tərtib edilir. Son olaraq əmək müqaviləsi bildirişi Elektron Hökumət Portalına daxil edilir.
Bəs işçi işə qəbul olunarkən ondan hansı sənədlər tələb olunur? Işçi işə qəbul olunarkən şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçası və dövlət sosial sığorta şəhadətnaməsi tələb olunur. Eyni zamanda peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə işçinin təhsili barədə sənəd təqdim edilir.
Əmək şəraitindən asılı olaraq yeyinti sənayesi, ictimai iaşə, səhiyyə və digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər. Əmək münasibətlərinə girən işçidən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.
Əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edilir.
Hörmətli izləyicilər, Növbəti məqaləmizdə əmək müqaviləsini düzgün tərtib olunması haqqında məlumat verəcəm. Sizi maraqlandıran sualları və ya Marağınıza səbəb olan mövzular haqqında şərh bölməsində qeyd etməyiniz xahiş olunur. Gələcək məqalələrimizin birini suallarınızın cavablarına həsr edərik.