Hüquq xidməti

service

Hüquqi şəxslərə aid hüquq münasibətləri üzrə:                             

  • Hüquqi şəxslərin  və  onların törəmə müəssisələrinin təsis sənədlərinin hazırlanması və dövlət qeydiyyatı;
  • Xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının qeydiyyatı və müvafiq reyestrə daxil edilməsi;
  • Hüquqi şəxslərin yenidən təşkili;
  • Hüquqi şəxslərin struktur bölmələri üçün əsasnamə və prosedur qaydaların hazıranması;
  • Səhmdar cəmiyyətlərdə nizamnamə kapitalının artırılmasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin prosedur qaydalarına uyğun həyata keçirilməsi:
  • Sifariş əsasında müxtəlif fəaliyyət sahələrini tənzimləyən normativ hüquqi aktlarla bağlı hüquqi rəylərin və arayışların hazırlanması;

Dövlət və qeyri-dövlət orqanları ilə bağlı münasibətlər üzrə:

  • Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Məşğulluq Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Vergilər Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən aparılan yoxlamalarda nümayəndə və ya müşahidəçi qismində iştirak edilməsi;
  • Müxtəlif dövlət və qeyri dövlət orqanlarında işəgötürənin hüquqlarının vəkil və ya nümayəndə qismində müdafiəsi, təmsilçilik və həmin orqanların qərarlarından aidiyyatı üzrə şikayətlərin verilməsi;
  • Maliyyə təşkilatları (bank, sığorta, lizinq və.s.) ilə əlaqədar yaranan problemlərin düzgün həll yollarının seçilməsi və bu istiqamətdə səmərəli hüquqi dəstəyin verilməsi;

Məhkəmədə təmsilçilik münasibətləri üzrə:

  • Məhkəmədə işəgötürənin hüquqlarının vəkil və ya nümayəndə qismində müdafiəsi;
  • Bütün məhkəmə instansiyalarında iddiaçı və ya cavabdeh qismində təmsilçilik və müvafiq hüquqi sənədlərin tərib edilməsi ;
  • Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə bağlı hüquqi mexanizmlərdən səmərəli istifadə edilməsi;

Xüsusi razılıq tələb edən hüquq münasibətləri üzrə:

  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə respublika ərazisində müvəqqəti yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazələrin alınması;
  • Müxtəlif xidmət və istehsalat müəssisələri üçün qanunvericiliklə tələb olunan xüsusi lisenziya və icazələrin alınması;

Öhdəlik hüquq münasibətləri üzrə:

  • Müxəlif növ mülki-hüquqi müqavilələrin ( alqı-satqı, icarə, françayzinq, lizinq, podrat, borc, broker, tapşırıq və.s)  tərtib edilməsi və ekspertizası;
  • Vəsiyyətnamə və mirasda məcburi payların müəyyən edilməsi ilə bağlı məsələlərdə hüquqi yardımın göstərilməsi;
  • Birtərəfli əqdlərin hazırlanması və ekspertizası;

Daşınmaz əmlak münasibətləri üzrə:

  • Mənzillərin müvafiq alqı-satqı əməliyyatlarında təmsilçilik;
  • Torpaq sahələrinin sənədləşdirilməsi işlərinin aparılması;
  • Yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə çevrilməsi;
  • Daşınmaz əmlak hüquqlarının ilkin və təkrar qeydiyyatının həyata keçirilməsi;
  • Mənzilin əvvəlki sahibinin yaşayış sahəsinə dair qeydiyyatının ləğvi;

Ailə hüquq münasibətləri üzrə:

  • Nikah müqaviləsinin tərtib edilməsi;
  • Ailə-nikah münasibətlərinə xitam verilməsi ilə bağlı müvafiq prosedurların həyata keçirilməsi;
  • Ər-arvadın birgə nikah dövründə əldə etdiyi ümumi əmlakının bölünməsi,
  • Valideynlərin uşaqla ünsiyyət hüququnun bərpası;
  • Alimentin ödənilməsinin təmin edilməsi ;

Cinayət hüquq münasibətləri üzrə:

  • Təqsirləndirilən şəxsin ibtidai istintaqda müdafiəsini təşkil etmək və bütün istintaq hərəkətlərində vəkillə iştirakını təmin etmək;
  • Barəsində şikayət olunan şəxsin hüquq mühafizə orqanlarında hüquqi müşayiəti;
  • Cinayət mühakimə icraatında müdafiəçi qismində iştirak etmək;
  • Digər hüquq münasibətləri;

SORĞU

Saytımızı bəyənirsinizmi?

QONAQ KİTABÇAMIZ

Kadrların seçilməsi və yerləşdirilməsi xidmətlərində böyük rol oynadığıız üçün sizə təşəkkür edirik.


Azərbaycan Dövlət İqtisad Universiteti

Kadrlar Şöbəsi

Qurduğunuz təşkilati işlər nəticəsində şirkətimiz digər şirkətlər arasında özünə məxsus güvən sağlamışdır.


Systra SA

Şirkət Təsisçisi

Təşkilatçılığınız və gördüyünüz işlər təqdirə layiqdir.


Oracle

Şirkət Təsisçisi

Sizinlə əməkdaşlıq daxili işlərimizdə çox yardımçı oldu. Təşəkkürlər!


Procter&Gamble

Şirkət