“İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 saylı qərarı

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 93-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
  2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini A.RASİZADƏ

 Bakı şəhəri, 12 avqust 2003-cü il

№ 106

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2003-cü il 12 avqust tarixli 106 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin

SİYAHISI

 

Sıra
№-si
İş yerləri üzrə peşə və vəzifələrin adları Qısaldılmış iş vaxtının həftəlik müddəti (saatla)
1 2 3
1. Ambulator-poliklinika müəssisələrində (poliklinikalarda, ambulatoriyalarda, dispanserlərdə, tibb məntəqələrində, stansiyalarda, bölmələrdə və kabinetlərdə), doğum evləri və xəstəxanalarda ancaq xəstələrin ambulator qəbulu ilə məşğul olan həkim 33
2. Həkim-stomatoloq (stasionarlarda həkim-stomatoloq-cərrah istisna olmaqla), diş həkimi və diş həkimi-protezçi 33
3. İş yerindən asılı olmayaraq digər həkimlər 36
4. Psixiatrik (psixonevroloji), neyrocərrahiyyə, narkoloji müalicə-profilaktika müəssisələri, şöbələri, palataları və kabinetləri, eləcə də ruhi, ruhi-əsəb xəstələri üçün əlillər evləri (şöbələri), müəssisə və bölmələrdə bilavasitə xəstələrə xidmət edən orta və kiçik tibb heyəti, mədəni-kütləvi işlər üzrə təlimatçı, təşkilatçı, musiqi rəhbəri, laboratoriya müdiri, laborant, müalicəvi-istehsalat (əmək) emalatxanalarının ustası, istehsalat təlimi üzrə təlimatçı, əmək terapiyası üzrə təlimatçı, müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı, yardımçı təsərrüfatın rəhbəri, xəstələrə qulluq edən bufet işçisi, xörəkpaylayan, hamamçı, bərbər, xidməti və istehsalat sahələrini yığışdıran, bilavasitə tam iş günü ərzində xəstələrlə işləyən elmi işçi, psixoloq və fizioloq 36
5. Psixiatrik (psixonevroloji) uşaq müalicə-profilaktika müəssisələri, şöbələri, palataları və kabinetlərində (psixikası pozulmamaqla mərkəzi sinir sistemi zədələnmələri olan uşaqlar üçün nəzərdə tutulanlardan başqa) ağıldankəm və psixikasına pozulmaqla mərkəzi sinir sistemi zədələnmiş uşaqlar üçün məktəblərdə (siniflərdə), internat məktəblərində (siniflərində), uşaq evlərində (qruplarında), məktəbəqədər və sosial müdafiə müəssisələrində bilavasitə xəstələrə xidmət edən orta və kiçik tibb heyəti, xəstələr üçün paltar asılan yerlərdə qarderobçu, mədəni kütləvi işlər üzrə təlimatçı, təşkilatçı, musiqi rəhbəri, laboratoriya müdiri, laborant, müalicəvi-istehsalat (əmək) emalatxanalarının ustası, istehsalat təlimi üzrə təlimatçı, əmək terapiyası üzrə təlimatçı, müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı, xəstələrə qulluq edən bufet işçisi, xörəkpaylayan, hamamçı, bərbər, dayə, xidməti və istehsalat sahələrini yığışdıran, bilavasitə tam iş günü ərzində xəstələrlə işləyən elmi işçi, uşaq psixiatriya və psixoəsəbi müəssisələrində bilavasitə tam iş günü ərzində xəstə uşaqlarla məşğul olan psixoloq və fizioloq 36
6. Bakı şəhərində təcili tibbi yardım çağırışlarının qəbulu və onların təxirəsalınmaz və təcili tibbi yardım stansiyaları və şöbələrinin səyyar briqadalarına çatdırılması ilə məşğul olan feldşer və tibb bacısı 36
7. Təcili tibbi yardım stansiyalarında və şöbələrində işləyən feldşer, tibb bacısı, radiooperator, dispetçer 36
8. Psixi xəstələrə tibbi yardım göstərən və onların təxliyəsi ilə məşğul olan orta və kiçik tibb heyəti, psixi xəstələrin təxliyəsi zamanı sanitar vəzifəsini də yerinə yetirən avtomobil sürücüsü 36
9. Yoluxucu xəstələrin təxliyəsi ilə bilavasitə məşğul olan orta və kiçik tibb heyəti, yoluxucu xəstələrin təxliyəsi zamanı sanitar vəzifəsini də yerinə yetirən avtomobil sürücüsü, təcili tibbi yardım stansiya və şöbələrində təxliyəçi 36
10. Xroniki alkoqolizm və narkomaniyadan əziyyət çəkən şəxslərin məcburi müalicə işlərini aparan müəssisələrdə bu işlərlə bilavasitə məşğul olan orta və kiçik tibb heyəti 33
11. Cərrahiyyə əməliyyatında istifadə edilən mikroskopik cihazlarda bilavasitə məşğul olan tibb bacıları 36
12. İş yerindən asılı olmayaraq müəllimlər 36
13. Konsertmeyster, akkompaniator, musiqi rəhbəri 24
14. Müəllim-defektoloq, müəllim-loqoped, loqoped, surdopedaqoq, tiflopedaqoq, oliqofrenpedaqoq, loqopedik xidmət göstərən qurumun rəhbəri 24
15. Bütün tip və növdən olan ümumtəhsil və internat məktəbləri, uşaq evləri, məktəb nəzdində internat və internat məktəbləri, günüuzadılmış məktəblər (qruplar), fərqli tərbiyə şəraitinə ehtiyacı olan uşaq və yeniyetmələr üçün xüsusi məktəblər, həddi-buluğa çatmamış uşaqlar üçün qəbul-bölüşdürmə məntəqələri, uşaq sanatoriyaları və xəstəxanaları və yetkinlik yaşına çatmayan məhkumlar üçün cəzaçəkmə müəssisələrində baş tərbiyəçi və tərbiyəçi, bədən tərbiyəsi rəhbəri (təlimatçı) və eşitmə kabinetlərinin təlimatçısı 30
16. Məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə və tədris müəssisələrində baş tərbiyəçi və tərbiyəçi 36
17. Körpələr və uşaq evlərində metodist (böyük və baş metodist daxil olmaqla) 36
18. Dalğıc, akvanavt 36
19. Hərəkətin xüsusilə intensiv olduğu dəmir yollarının magistral sahələrində qatarların qəbulu və yola salınması ilə məşğul olan növbətçi 36
20. Dəmir yolu və metropoliten nəqliyyatında baş dispetçer, qatar dispetçeri 36
21. Dəmir yolu stansiyalarında növbətçi və çeşidləmə təpəsinin operatoru 36
22. Lokomotiv (teplovoz, parovoz, elektrovoz, motovoz), dizel və elektroseksiya qatarlarının, vaqon-laboratoriyaların maşinisti, maşinist köməkçisi 36
23. Uçuş və uçuş təlimatçı heyət: təyyarəçi, şturman, hava gəmisi mühəndisi, hava gəmisi mexaniki, hava gəmisi radisti 36
24. Hava hərəkətini vahid idarəetmə sisteminin (dövrə, yaxınlaşma, enmə, start, yerlə sürmə) baş mərkəzi zalında işləyən uçuş rəhbəri, təlimatçı, böyük dispetçer, dispetçer 36
25. Mülki aviasiyada uçuşların rəhbəri 36
26. Hava hərəkətini idarəetmə xidmətinin böyük dispetçeri, dispetçeri 36
27. Dispetçer-hava hərəkətini idarəetmə xidmətinin təlimatçısı 36
28. Radiomübadilənin yükündən asılı olmayaraq, aviasiya hava rabitəsi radiokanallarının qısa dalğalarında və radionəzarət radiostansiyalarında növbəti iş rejimində işləyən radiooperator 36
29. Şəhərlərarası telefon rabitəsinin telefonçuları 36
30. Şəhər telefon şəbəkəsinin məlumat xidmətinin telefonçuları 36

 

SORĞU

Saytımızı bəyənirsinizmi?

QONAQ KİTABÇAMIZ

Kadrların seçilməsi və yerləşdirilməsi xidmətlərində böyük rol oynadığıız üçün sizə təşəkkür edirik.


Azərbaycan Dövlət İqtisad Universiteti

Kadrlar Şöbəsi

Qurduğunuz təşkilati işlər nəticəsində şirkətimiz digər şirkətlər arasında özünə məxsus güvən sağlamışdır.


Systra SA

Şirkət Təsisçisi

Təşkilatçılığınız və gördüyünüz işlər təqdirə layiqdir.


Oracle

Şirkət Təsisçisi

Sizinlə əməkdaşlıq daxili işlərimizdə çox yardımçı oldu. Təşəkkürlər!


Procter&Gamble

Şirkət