“Baku Business Consulting” MMC 2014-cü ilin noyabr ayında fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı gündən bu günədək faziləsiz olaraq 150-dan çox müəssisəyə vergi, mühasibatlıq, insan resurslarının idarə olunması və hüquqi məsələləri üzrə xidmətlər göstərmişdir. Şirkətimizin əməkdaşlıq etdiyi müştərilərlə münasibətləri etibarlılıq və peşəkarlıq prinsiplərinə söykənir. “Baku Business Consulting” MMC olaraq, başlıca məqsədimiz xidmət göstərdiyimiz sahədə dünya şirkətləri arasında olmaq, etibarlı müştəri sayımızı artırmaq, eyni zamanda yeni biznesə başlayan şirkətlərə dəstək olaraq onların inkişafına tövhə verməkdən ibarətdir. Qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq üçün şirkətimizin təşkilati strukturunda mütəmadi olaraq yeniliklər həyata keçiririk. Şirkətimizin strukturunda Maliyyə, İnsan Resurslarının İdarə Olunması, Sənaye-Sanitariya laboratoriyası, Hüquq departamentləri təmsil olunmaqla yanaşı, halhazırda Keyfiyyət və SƏTƏM, Marketinq və Biznesin İnkişafı Departamentləri fəaliyyətə başlamışdır.
“Baku Business Consulting” MMC-nin əməkdaşları əmək qanunvericiliyinin tələblərinə əməl edilməsi sahəsində dövlət nəzarətini həyata keçirən dövlət orqanında, hüquq, maliyyə və insan resurslarının idarə edilməsi sahəsində uzun müddət işləmiş və ixtisaslaşmış peşəkar mütəxəssislərdir. Əmək, vergi və hüquq münasibətlərindən irəli gələn mürəkkəb məsələləri həll etməkdə təcrübəli olan mütəxəssislərimiz, Sizlərə yüksək səviyyədə keyfiyyətli xidmət göstərməyə hazırdırlar.
Bizim xidmətlərdən istifadə etməklə Sizlərin yeni uğurlar qazanacağınıza inanırıq.
Qeyd: Yuxarıda qeyd olunan sahələr üzrə xidmət haqları, iş həcmindən və işçi sayından asılı olaraq tərəflər arasında razılaşma yolu ilə edilir.
Kadrların seçilməsi və yerləşdirilməsi xidmətlərində böyük rol oynadığıız üçün sizə təşəkkür edirik.
Azərbaycan Dövlət İqtisad Universiteti
Kadrlar Şöbəsi
Qurduğunuz təşkilati işlər nəticəsində şirkətimiz digər şirkətlər arasında özünə məxsus güvən sağlamışdır.
Systra SA
Şirkət Təsisçisi
Təşkilatçılığınız və gördüyünüz işlər təqdirə layiqdir.
Oracle
Sizinlə əməkdaşlıq daxili işlərimizdə çox yardımçı oldu. Təşəkkürlər!
Procter&Gamble
Şirkət