Əmək şəraiti zərərli olan işlərdə çalışan işçilərə pulsuz süd və digər keyfiyyətli yeyinti məhsulları verilməsi

 

                                                                                                                              Əlavə N 52.

                                                                                      (ƏƏSMN. Q.05.05.1994. N 7-3)

                                                                                      (SN. Q.03.05.1994. N 04/19-2238)

                                                                                      (AHİK. Q.17.05.1994. N 26/6)

 

 ƏMƏK  ŞƏRAİTİ  ZƏRƏRLİ  OLAN  İŞLƏRDƏ ÇALIŞAN İŞÇİLƏRƏ

 PULSUZ  SÜD  VƏ  DİGƏR  KEYFİYYƏTLİ  YEYİNTİ  MƏHSULLARI

                                          VERİLMƏSİ . 

  1. Antibiotiklərin istehsalında və emalında çalışanlara təzə süd əvəzi qatıq və ya üzlü süd əsasında hazırlanmış kolibakterin verilməlidir.
  2. Qurğuşunun qeyri üzvü birləşmələri ilə təmasda olan işçilərə süddən əlavə saflaşdırılmış və ya konservləşdirilmiş bitki mənşəli yeyinti məhsulları, meyvə şirəsi, içkilər şəklində 2 qr. Pektin verilməlidir (pektinin faktik miqdarını istehsalçı zavod göstərməlidir).
  3. Zülal hesabı ilə aşağıdakı yeyinti məhsulları 0,5 litr südlə əvəz edilə bilər:

(Yeyinti məhsulları İnstitutu 20.12.1990-cı il)

3.1. Qatıq məhsulları (kefir, prostokvaşa, asidofilin və b.) -500 qr.

3.2. Kəsmik, xama, şor – 100 qr.

3.3. Pendir (yağlılığı 24%) – 60 qr.

3.4. Qurudulmuş üzlü süd – 55 qr.

3.5. Qatılaşdırılmış sterlizə edilmiş şəkərsiz süd – 200 qr.

3.6. Ət (mal əti 2-ci kateqoriya) – 70 qr.

3.7. Piysiz balıq növləri – 90 qr.

  1. Pektini əvəz etmək üçün müəssisələrdə və ictimai iaçə sistemlərində fəhlələrə kələmdən, yerkökündən, ağ turpdan, qırmızı turpdan, çuğundurdan hazırlanmış salat verilə bilər. Bu ictimai iaşə müəssisələri üçün xörək reseptləri külliyyatında nəzərdə tutulmuşdur. Həmin məhsulların tərkibində 250 – 300 mqr mət olan natural meyvə şirələri ilə əvəz edilməsinə icazə verilir.

Qurğuşunun qeyri-üzvi birləşmələri ilə daimi ünsiyyəti olan adamlara süd əvəzinə qatıq içmək tövsiyyə edilir.

5.Süd, qatıq məhsulları iş günü ərzində verilməlidir.Tərkibinə pektin qatılan yeyinti məhsulları, meyvə şirələri, içkilər, habelə tərkibində meyvənin əti olan natural meyvə şirələri iş  başlamazdan qabaq verilməlidir.

 

Süd – orqanizmin zərərli faktorlara qarşı müqavimətini artıran məhsuldur.

İşçiyə növbə ərzində (növbənin müddətindən asılı olmayaraq) 0,5 litr süd verilir. Südün pul ilə əvəz edilməsinə və evə aparılmasına yol verilmir.

 

SORĞU

Saytımızı bəyənirsinizmi?

QONAQ KİTABÇAMIZ

Kadrların seçilməsi və yerləşdirilməsi xidmətlərində böyük rol oynadığıız üçün sizə təşəkkür edirik.


Azərbaycan Dövlət İqtisad Universiteti

Kadrlar Şöbəsi

Qurduğunuz təşkilati işlər nəticəsində şirkətimiz digər şirkətlər arasında özünə məxsus güvən sağlamışdır.


Systra SA

Şirkət Təsisçisi

Təşkilatçılığınız və gördüyünüz işlər təqdirə layiqdir.


Oracle

Şirkət Təsisçisi

Sizinlə əməkdaşlıq daxili işlərimizdə çox yardımçı oldu. Təşəkkürlər!


Procter&Gamble

Şirkət